XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

06 Aprel 2020 - 16:07

104 yaşlı qoca 100 ildə iki ölümcül virusa qalib gəlib –İtaliyada

Koronavirusun geniş yayıldığı İtaliyanın Biyella şəhərində yaşayan 104 yaşlı Ada Zanusso koronavirusdan sağalıb.

“TRT Haber” xəbər verir ki, koronavirusun qadının qalib gəldiyi yeganə ölümcül xəstəlik deyil.

A.Zanusso daha öncə 1918-1920-ci illərdə on milyonlarla insanın həyatına son qoyan ispan qripinin də öhdəsindən gəlib.

Məlumata görə, 104 yaşlı qadın martın 17-də koronavirus simptomları ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, İtaliyada koronavirus qurbanlarının sayı 16 minə çatır. Rəsmi məlumata görə, hazırda İtaliyada 91 246 aktiv koronavirus daşıyıcısı var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 208 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 284 000-i ötüb. Bunların 271 221 nəfəri sağalıb, 70 320 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)