XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

06 Aprel 2020 - 16:38

İndoneziyada koronavirus:yoluxanların sayı 2491-ə çatdı

İndoneziyada koronavirusa yoluxanların sayı 2 491-ə çatıb.

Məlumatı İndoneziya Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada 218 nəfər virusa yoluxub.

İndoneziya Səhiyyə Nazirliyi Xəstəliklərə nəzarət və profilaktika üzrə idarənin başçısı Əhməd Yurianto aprelin 6-da keçirdiyi mətbuat konfransında son sutkada 11 nəfərin öldüyünü deyib.

Onun sözlərinə görə, ümumilikdə 209 nəfər koronavirusun qurbanı olub.

Xatırladaq ki, mart ayının sonundan İndoneziyada fövqəladə vəziyyət rejimi tətbiq edilib/Report.