XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

06 Aprel 2020 - 17:55

“Koronavirusla mübarizədə ABŞ-dan heç vaxt kömək istəməyəcəyik” –İran XİN

“Koronavirusla mübarizədə İran ABŞ-dan heç vaxt kömək istəməyəcək”.

İran mətbuatının verdiyi xəbərə görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi deyib.

“Pandemiya ilə mübarizədə İran ABŞ-dan heç vaxt Tehrana kömək etməsini istəməyib və istəməyəcək. Ancaq ABŞ İrana qarşı bütün qanunsuz, birtərəfli sanksiyaları qaldırmalıdır”, – deyə İran XİN sözçüsü vurğulayıb.

O qeyd edib ki, ABŞ Tehranı danışıqlara məcbur etməyə çalışır.

Xatırladaq ki, daha əvvəl İranın Ali Rəhbəri Əli Xamenei bildirib ki, Tehran koronavirusla mübarizə üçün ABŞ-ın təklif etdiyi humanitar yardımdan imtina edib. (apa)