XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

06 Aprel 2020 - 21:12

FIFA mövsümü qeyri-müəyyən müddətə uzadacaq

FIFA koronavirus pandemiyası ilə əlaqədar dayandırılan mövsümün taleyinə dair qərarı yaxın günlərdə verəcək.

“The Athletic” nəşrinin məlumatına görə, ali futbol qurumu hazırkı mövsümü qeyri-müəyyən müddətə uzadacaq. Milli liqaların bitmə vaxtının isə müstəqil şəkildə müəyyənləşdirilməsinə imkan veriləcək.

Yay transfer dönəminin vaxtı da dəyişdiriləcək və klublar qalan matçları başa çatdırmaq üçün bu il iyunun 30-dək olan müqavilələri yeniləyə biləcəklər.

Hazırda koronavirus pandemiyası səbəbindən dünyada demək olar ki, bütün yerli çempionatlar dayandırılıb. Avropada isə matçların baş tutduğu yeganə ölkə Belarusdur. (report)