XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

06 Aprel 2020 - 22:34

Qvardiolanın anası koronavirusdan ölüb

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın ailəsində ağır itki baş verib.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssisin anası vəfat edib.

İspaniyalı çalışdırıcının anasının ölümünə səbəb koronavirus pandemiyası olub. Bu virusa yoluxan 82 yaşlı Dolors Sala Karrio xəstəliyə qalib gələ bilməyib.