XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

06 Aprel 2020 - 22:57

Ermənistanda 6 polis əməkdaşı koronavirusa yoluxub

Ermənistanda 6 polis əməkdaşı koronavirusa yoluxub.

APA-nın “armenpress”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Polis Rəisinin müavini Hayk Miqryan mətbuat konfransında deyib.

“Hazırda bizim koronovirusa yoluxmuş 6 polis əməkdaşımız var, 11 əməkdaşımız isə karantindədir”, – deyə o, bildirib.

Qeyd edək ki, Ermənistanda bu günədək 833 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib, 62 nəfər isə sağalıb.