İsraildə son sutkada koronavirusa yoluxanların sayı artıb.
Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, son sutkada daha 395 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, ölkədə qeydə alınmış koronavirus faktlarının sayı 9 006-ya çatıb. Bildirilir ki, bunlardan 56-sı ölüb, 683 nəfər isə sağalıb/Report.