XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

07 Aprel 2020 - 21:00

COVID-19 xəstələrinin müalicəsində “immun plazma” üsulunun tətbiqinə başlanılıb- Türkiyədə

Türkiyədə COVID-19 virusuna yoluxan xəstələrin müalicəsində “immun plazma” üsulunun tətbiqinə başlanılıb. Bunun üçün ölkənin Qızıl Aypara Cəmiyyəti tərəfindən hər gün 750 donordan plazma alınması planlaşdırılır.

Azərtac xəbər verir ki, bu barədə cəmiyyətin rəhbəri Kerem Kınık bildirib.

Bütün vətəndaşları qan verməyə çağıran K.Kınık donorların həftədə bir dəfə, ümumilikdə isə üç dəfə plazma bağışlayaraq altı yeni növ koronavirus xəstəsi üçün ümid ola biləcəyini deyib.