XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

07 Aprel 2020 - 21:12

Qətər 8,2 milyard dollarlıq müqavilələri dayandırır- Koronavirus pandemiyasına görə

Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani hökumətə 8,2 milyard dollar sərmayə qoyuluşunu nəzərdə tutulan bütün müqavilələri dayandırmaq barədə göstəriş verib.

Azərtac xəbər verir ki, bu addım koronavirus pandemiyası ilə əlaqədar yarana biləcək iqtisadi durğunluqla izah olunur.

Qətər Dövlətinin başçısı hesab edir ki, pandemiya ölkə iqtisadiyyatına və maliyyə bazarlarına mənfi təsir göstərəcək. Onun fikrincə, bu səbəbdən də xərcləri azaltmaq zəruridir.

“Reuters” agentliyinin xəbərinə görə, aprelin 7-də Qətərdə ABŞ dolları ilə denominasiya edilən səhmlərin üçüncü tranşı əməliyyatına başlanılıb. Bu, milli valyutanın dəyərini qorumaq məqsədi daşıyır.