XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

07 Aprel 2020 - 21:42

Britaniya XİN:“Boris Consonun tezliklə sağalacağına inanırıq”

“Boris Conson yalnızca bizim baş nazirimiz, rəhbərimiz deyil, o bizim həmkarımız və eyni zamanda dostumuzdur”.

APA-nın Böyük Britaniya bürosunun verdiyi xəbərə görə, bu sözləri Britaniyanın Xarici İşlər Naziri Dominik Raab hökumətin koronavirusla bağlı günlük keçirdiyi mətbuat konfransında deyib.

O, Boris Consonun döyüşçü ruhuna sahib olduğunu və onun tezliklə sağalacağına inandığını bildirib. Dominik Raab baş nazirin vəziyyətinin stabil, əhvalının yaxşı olduğunu deyib.

Xatırladaq ki, B.Conson aprelin 5-də müayinə üçün xəstəxanaya müraciət edib, aprelin 6-da isə onun koronavirus simptomları kəskinləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib. Böyük Britaniyanın Baş naziri Boris Conson reanimasiyada olduğu müddətdə hökumətə Xarici İşlər naziri Dominik Raab rəhbərlik edəcək.