Qazaxıstanın paytaxtı Nur-Sultanda modul tipli xəstəxanaların quraşdırılmasına başlanılıb.
Xəstəxanalar Nur-Sultanda, Almatıda və Çimkəntdə tikiləcək. Tikinti-quraşdırma işlərinin 3-4 həftə ərzində başa çatdırılması nəzərdə tutulur. Dəyəri 14,8 milyard təngə vəsait olan xəstəxanaların 200-300 çarpayılıq olacağı nəzərdə tutulur.
Tikintidə infeksion tibb müəssisələri üçün nəzərdə tutulmuş bütün beynəlxalq standartlar nəzərə alınacaq(azərtac).