XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

07 Aprel 2020 - 23:29

Sabiq liderlər ABŞ-a müraciət ediblər- “The Guardian”

Sabiq dünya liderləri birgə bəyanat yayaraq ABŞ administrasiyasını İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları aradan qaldırmağa çağırıblar.

Azərtac xəbər verir ki, bu bəyanat “The Guardian” qəzetində dərc olunub.

Bəyanatı ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt, sabiq Müdafiə naziri, Çak Heyqal, Avropa İttifaqının beynəlxalq siyasət üzrə sabiq komissarı Federika Moqerini, NATO-nun sabiq rəhbəri Havyer Sollana və digərləri imzalayıblar.

Bəyanatda deyilir ki, sanksiyaların aradan qaldırılması minlərlə iranlının həyatını xilas etməklə yanaşı, infeksiyanın başqa ölkələrə yayılmasının qarşısı da alar. Diqqətə çatdırılıb ki, dünyada koronovirusun pandemiya səviyyəsinə yüksəldiyi şəraitdə siyasi qarşıdurmaya ara vermək lazımdır.

“The New York Daily News” qəzeti isə yazır ki, ABŞ koronavirusun yaratdığı vəziyyətdən sui-istifadə edərək dövlətlərə təzyiqi artırır. İran dünyada yeganə ölkədir ki, tibbi ləvazimat almaq imkanından məhrum edilib. Halbuki, İranın bu saat tibbi preparatlara və ləvazimatlara böyük ehtiyacı var.

Qəzet Ağ Ev administrasiyasını tənqid edərək, belə bir şəraitdə İrana qarşı təzyiqin artırılmasının düzgün siyasət olmadığını yazıb.

Bu arada Cənubi Koreya İrana 2 milyon dollar dəyərində tibbi ləvazimat və preparatlardan ibarət humanitar yardım göstərib.