XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

08 Aprel 2020 - 20:22

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi əhaliyə xəbərdarlıq edib

Sosial distant və karantin rejimi qaydalarına riayət olunmasa Səudiyyə Ərəbistanında yeni növ koronavirusa yoluxanların sayı 200 min nəfərdən çox ola bilər.

Azərtac xəbər verir ki, bu sözləri ölkənin Səhiyyə naziri Tevfiq Əl-Rabiyə Ər-Riyadda keçirilən mətbuat konfransında deyib. “Biz çox həssas mərhələdən keçirik və indiki ağır şəraitdə hər bir vətəndaşdan məsuliyyət tələb olunur. Yalnız belə olan təqdirdə koronavirus pandemiyasının qarşısını almaq mümkündür”, -deyə nazir vurğulayıb.

Nazir bildirib ki, Səudiyyə Ərəbistanında indiyədək koronavirusa 2795 yoluxma halı qeydə alınıb, xəstələrdən 41 nəfəri dünyasını dəyişib. Bu, altı Körfəz ölkəsi arasında ən yüksək rəqəmdir.

Əl-Rabiyə diqqətə çatdırıb ki, hələ də bəzi vətəndaşlar karantin rejiminə əməl etmir, qrup şəklində toplaşır, şəxsi avtomobillərdən istifadə edirlər. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Kralı COVID-19 virusu ilə mübarizə məqsədilə Səhiyyə Nazirliyinə əlavə olaraq 1,8 milyard dollar ayırıb. Bundan əvvəl bu nazirliyə 8 milyard dollar vəsait ayrılmışdı.