XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

08 Aprel 2020 - 21:12

Rusiya Prezidenti yeni təkliflər verib- Koronavirus ilə mübarizə çərçivəsində

Rusiya Prezidenti Vladimir Putin ölkə regionlarının rəhbərləri ilə videomüşavirədə koronavirus ilə mübarizə çərçivəsində yeni tədbirlər görülməsini təklif edib.

Rusiya Prezidenti koronavirusla mübarizə şəraitində işləyən həkimlərə, orta və kiçik tibb personalına 3 ay ərzində əlavə ödənişlər edilməsini, onlara hərbçilərdə olduğu kimi, yüksək sığorta təminatları verilməsini təklif edib. Vladimir Putin Nazirlər Kabinetinə və Mərkəzi Banka şirkətlərə əməkdaşların gəlirlərini saxlamağa imkan verən əlavə dəstək proqramı hazırlamağı tapşırıb. O, dövlətin, ilk növbədə, məşğulluğu qoruyub saxlamış şirkətlərə yardım edəcəyini qeyd edib.

Rusiya dövlətinin başçısı sosial fondlara sığorta ödənişlərinin 6 ay müddətində təxirə salınması qaydasını orta və kiçik biznesin ziyan çəkmiş bütün müəssisələrinə şamil etmək təklifini irəli sürüb.

Prezident Vladimir Putin valideynlərin işsiz olduğu ailələrdəki həddi-buluğa çatmamış hər uşaq üçün 3 ay ərzində 3 min rubl ödənməsini, martın 1-dən sonra işlərini itirmiş və məşğulluq xidmətinə müraciət etmiş hər kəsə aprel, may və iyun aylarında işsizliyə görə vəsait ödənilməsini tapşırıb. Bundan əlavə, istifadə müddəti ötmüş pasport, vəsiqə və digər sənədlərin vaxtının avtomatik olaraq 3 ay müddətinə uzatmaq tapşırılıb(azərtac).