XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

09 Aprel 2020 - 10:07

Özbəkistan Səhiyyə Nazirliyi:"Son sutkada ölkədə 21 nəfər koronavirusa yoluxub"

Özbəkistanda son sutkada 21 nəfər koronavirusa yoluxub.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

“Aprelin 9-na olan məlumata görə, Özbəkistanda koronavirusa yoluxanların sayı 555 nəfər təşkil edir”, – nazirliyin “Telegram” kanalında bildirilib.

Yoluxma faktları stasionar şəraitdə karantin altında olan vətəndaşlarda qeydə alınıb.

Ötən gün ölkədə koronavirusa yoluxanların sayı 534 nəfər idi. Bu rəqəm gün ərzində daha 11 nəfər artaraq 545 nəfərə yüksəlib.

Qeyd edək ki, Mərkəzi Asiya ölkəsi olan Özbəkistanda koronavirusa ilk yoluxma faktı martın 15-də qeydə alınıb/Report.