XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

09 Aprel 2020 - 11:43

Almaniyada koronavirus:yoluxanların sayı 110 minə yaxınlaşır

Almaniyada koronavirusa yoluxanların sayı 108 202-yə çatıb.

Məlumatı Robert Kox İnstitutunun saytı yayıb.

Bildirilib ki, son sutka ərzində bu xəstəlikdən 246 nəfər ölüb. Bununla da qurbanların sayı 2 107-ə çatıb. Yoluxma halı ən çox Bavariya (28 827 hadisə), Şimali Reyn-Vestfaliya (21 961) və Baden-Vürtmberqdə (21 603) qeydə alınıb. Berlində isə 4 202 nəfərin virusa yoluxduğu aşkarlanıb.

Qeyd edək ki, Avropa İttifaqı koronavirus pandemiyasına qarşı mübarizə məqsədi ilə Afrika, Asiya, Latın Amerikası, Şərq Tərəfdaşlıq proqramının iştirakçı dövlətlərinə və Balkan ölkələrinə 20 milyard avro ayırıb/Report.