XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

09 Aprel 2020 - 11:36

Ukraynada koronavirusa yoluxanların sayı 2 000-ə çatır

Ukraynada son sutkada 224 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Beləliklə, Şərqi Avropa ölkəsində qeydə alınmış koronavirusa yoluxma faktlarının sayı 1892-yə çatıb. İndiyədək ölənlərin sayı 57, sağalanların sayı isə 45 nəfərdir.

Bildirilir ki, ölkədə yoluxma faktlarının ən böyük qismi qərbdə yerləşən Çernivtsi vilayətində qeydə alınıb – 302.

Qeyd edək ki, Ukraynada ötən gün yoluxma hallarının 1 668 olduğu açıqlanmışdı.