Rusiyada son bir gündə 1 459 nəfərə koronavirus diaqnozu qoyulub, 13 nəfər virusun qurbanı olub.
Bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Məlumata görə, bununla da yoluxanların sayı 10 131 nəfərə, ölənlərin sayı 76-ya, sağalanların sayı isə 698 nəfərə çatıb. Beləliklə, son sutkada ölkədə qeydə alınmış koronavirus hallarının sayı 16,8% artıb.
Yeni yoluxmalar ölkənin 50 bölgəsində qeydə alınıb. Bildirilib ki, yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 857. Rusiya paytaxtında yoluxanların ümumi sayı 6 698 nəfərdir/Report.