Beynəlxalq Basketbol Federasiyası (FIBA) koronavirus pandemiyasına görə təxirə salınan bəzi beynəlxalq turnirlərin yeni təqvimini açıqlayıb.
Qurumun rəsmi saytı xəbər verir ki, kişilər arasında Avropa çempionatı 2022-ci ilin 1-18 sentyabrında keçiriləcək.
Olimpiya Təsnifat Turniri gələn il 22 iyun – 4 iyulda baş tutacaq. Qadınlar arasında Avropa çempionatı isə 17 – 27 iyunda olacaq.
FIBA Azərbaycan yığmasının iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatı ilə bağlı qərarını mayın 5-də verəcək.
Qeyd edək ki, sözügedən turnir bu il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməli idi. Azərbaycan Ermənistan, İrlandiya və Andorra yığmaları ilə birlikdə B qrupunda yer alıb. (report)