XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

09 Aprel 2020 - 20:42

“Gürcüstanda iqtisadi artım tempi əhəmiyyətli dərəcədə azalacaq”- Baş nazir

COVID-19 pandemiyasının Gürcüstan iqtisadiyyatına mənfi təsiri danılmazdı. Ölkəmizdə iqtisadi artım tempinin əhəmiyyətli dərəcədə azalacağı gözlənilir.

Azərtac xəbər verir ki, bu sözləri Gürcüstanın Baş Naziri Giorgi Qaxaria deyib. Onun sözlərinə görə, Gürcüstan hökuməti bu gün iki cəbhədə mübarizə aparır. Bunlardan biri əhalinin sağlamlığının qorunması, digəri isə ölkənin iqtisadi inkişafıdır.

“İqtisadi artımın ciddi azalacağını gözləyirik və buna görə də büdcəyə dəyişikliklər ediləcək”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Dünya Bankı COVID-19 pandemiyası səbəbindən Gürcüstanda iqtisadi artımın kəskin azalacağını proqnozlaşdırıb.