XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

09 Aprel 2020 - 21:44

Bu il 170-dən çox ölkənin milli gəliri azalacaq – BVF

“Koronavirus (COVID-19) bu il qlobal iqtisadi artımı kəskin şəkildə aşağı salacaq və 1930-cu illərdəki “Böyük Depressiya”dan sonra ən dərin resesiya yaşanacaq”.

Bunu Beynəlxalq Valyuta Fondunun (IMF) prezidenti Kristalina Georgieva deyib.

O bildirib ki, koronavirusun yayılması fonunda sosial və iqtisadi vəziyyət getdikcə pisləşir. Hazırda dünya hökumətləri epidemiyanın iqtisadi təsirlərini azaltmaq üçün 8 trilyon ABŞ dolları dəyərində təşviq paketini açıqlasalar da, daha çox maliyyələşməyə ehtiyac var.

“Hazırkı böhran ən çox inkişaf etməkdə olan iqtisadiyyatları vuracaq və onların yüz milyardlarla dollar həcmində xarici yardıma ehtiyacı olacaq.

Biz 3 həftə bundan əvvəl bu il üçün 160 üzv ölkənin milli gəlirində müsbət tendensiya proqnozlaşdırırdıq, hazırda isə 170-dən çox ölkənin milli gəlirində azalma gözləyirik”, – K.Georgieva qeyd edib. (report)