XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

09 Aprel 2020 - 22:40

İtaliyada koronavirus:pandemiya qurbanlarının sayı 18 mini keçdi

İtaliyada son 24 saatda 610 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 18 279-a çatıb.

Bildirilib ki, koronavirusa yoluxanların sayı da daha 4 204 nəfər artaraq 143 626-ya yüksəlib.

İtaliyada koronavirusdan sağalanların sayı isə 28 470 nəfərdir. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 549 000-i ötüb. Bunların 344 794 nəfəri sağalıb, 91 666 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.