XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

09 Aprel 2020 - 22:12

Bu il orta məktəb məzunları orduya çağırılmayacaqlar- Rusiyada

Rusiyada bu il orta məktəb məzunları orduya çağırılmayacaqlar.

Bu barədə Rusiya Silahlı Qüvvələrinin Qərargah rəisi Valeri Gerasimov məlumat verib. O deyib ki, builki orta məktəb məzunları üçün vahid dövlət imtahanı vermək və ali məktəblərə daxil olmaq imkanı yaradılacaq.

V.Gerasimov qeyd edib ki, 2020-ci ildə 650 mindən çox adamın orduya çağırılması nəzərdə tutulmuşdu. Onların 15 mini vahid dövlət imtahanı verəcək məktəblilərdir və həmin məzunlar bu il orduya çağırışdan azad ediləcəklər.

Orduya çağırılacaq digər şəxslər şəxsi heyətdən ayrı saxlanılacaq və iki həftəlik karantin müddəti keçəcəklər.

Qeyd edək ki, Rusiyada 10 min 131 koronavirus xəstəsi qeydə alınıb. Onların 698 nəfəri sağalıb, 76 xəstə dünyasını dəyişib(azərtac).