XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

10 Aprel 2020 - 09:32

Tramp Rusiya prezidenti və Səudiyyə kralı ilə telefonla danışıb –Neftin qiyməti müzakirə edilib

Bu gün ABŞ prezidenti Donald Tramp neftin qiymətini müzakirə etmək üçün rusiyalı həmkarı Vladimir Putin və Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizlə telefonla danışıb.

Bu barədə ABŞ lideri keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, OPEC + dünyada neft qiymətlərini sabitləşdirmək üçün hasilatın azaldılması ilə bağlı razılığa yaxındır.

“Bizim çox yaxşı söhbətimiz oldu. Görək nə baş verir. Bildiyiniz kimi, OPEC bu gün görüşdü. Deyərdim ki, razılaşmağa yaxındırlar. Bir azdan biləcəyik”.

Tramp əlavə edib ki, xarici liderlərlə telefon danışığı bir saatdan çox davam edib.

Bununla yanaşı, o qeyd edib ki, ABŞ qlobal tənəzzülə səbəb olduğu üçün neftin qiymətinin aşağı olmasında maraqlı deyil.

“Koronavirus pandemiyası səbəbindən neft məhsullarına tələbat 40% azalıb, ölkə hökuməti “milyonlarla barel” nefti saxlamağa məcbur olublar. Biz milyonlarla barel nefti anbarlara göndərmişik, heç kim bunun mümkün olacağını düşünməmişdi”. (report)