XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

10 Aprel 2020 - 09:54

“ABŞ-da epidemiya pik nöqtəyə çatıb” – Tramp

“ABŞ koronavirusun yayılmasının zirvəsindədir və bəzi ştatlarda artıq infeksiyaya yoluxmada azalma başlayıb”.

Bunu ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında bildirib.

O, epidemiyanın yayılmasında yumşalmanın olduğunu deyərək, buna əminliyini vurğulayıb: “Bəzi hallarda eniş var, biz artıq bu prosesə başlamışıq”.

Mətbuat konfransında iştirak edən vitse-prezident Mayk Pens isə qeyd edib ki, koronavirusla bağlı vəziyyətin ən kəskin olduğu ştatlarda da sabitləşmə əlamətləri getdikcə daha çox müşahidə edilir. O, nümunə olaraq Nyu-Yorkun Denver və Luiziana yaşayış məntəqələrini göstərib.

Qeyd edək ki, son məlumatlara görə, ABŞ-da 452852 nəfərin koronavirusa yoluxduğu, onlardan 16 mindən çoxunun öldüyü bildirilib. (apa)