XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

10 Aprel 2020 - 12:59

“Boeing” işçilərinin 10%-ni ixtisar edəcək – WSJ

ABŞ-ın “Boeing” korporasiyası yeni növ koronavirus pandemiyası şəraitində işçi heyətinin 10%-ni ixtisar etməyi nəzərdən keçirir.

Bu barədə “The Wall Street Journal” (WSJ) nəşri yazıb.

Məlumata görə, bəzi işçilərin məcburi şəkildə işdən çıxarılması, habelə təzminat ödəməklə bağlanmış müqavilələrin vaxtından əvvəl ləğv edilməsi və bir sıra işçilərin vaxtından əvvəl təqaüdə göndərilməsi məsələləri nəzərə alınır. Son qərar hələlik qəbul edilməyib.

Xatırladaq ki, bir qədər əvvəl “Boeing” pandemiya fonunda yaranmış böhran səbəbindən səhmdarlarına dividendlərin ödənilməsini dayandırıb, həmçinin ABŞ-ın Pensilvaniya ştatındakı müəssisələrində istehsalına müvəqqəti fasilə verib. (report)