XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

10 Aprel 2020 - 13:59

Türkiyədə başına 1 milyon lirə qoyulan terrorçu tutulub –FOTO

Türkiyədə başına 1 milyon lirə qoyulan terrorçu tutulub.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Muş vilayətində şübhəli avtomobil saxlanılıb.

Bu zaman avtomobildəkilərlə jandarma arasında silahlı atışma olub.

Əməliyyatda PKK-nın Ərzurum vilayəti üzrə rəhbəri, başına 1 milyon türk lirəsı qoyulan “Hayri Mava” ləqəbli Mahmud Okay yaralı halda ələ keçirilib.