XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

10 Aprel 2020 - 14:09

Hindistanda qoruyucu maska taxmayanlar cəzalanacaq- Cərimə və 6 ayadək həbs...

Hindistanda yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə paytaxtı Dehlidə evindən kənarda olarkən qoruyucu maska taxmayanlar cəzalandırılacaq.

Azərtac Hindistan KİV-lərinə istinadla xəbər verir ki, karantin rejiminin əsas tələblərindən olan qoruyucu maskanı taxmayanlara 1000 rupiyədək (13,15 ABŞ dolları) pul cəzası və ya 6 ayadək həbs cəzası veriləcək. Dehli hökumətinin açıqlamasında qeyd olunur ki, məqsəd infeksiyanın yayılmasının qarşısını almaqdır. Qaydalara əsasən, istənilən iş məkanında işçilərin maska taxması da məcburidir.

Qeyd edək ki, ötən sutka ərzində Hindistanda COVID-19 infeksiyasına 591 yeni yoluxma və 20 ölüm faktı qeydə alınıb. Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, ölkədə virusa yoluxanların ümumi sayı 5865 nəfərə, ölənlərin sayı isə 169-a çatıb. Martın 25-də Hindistanda COVID-19 pandemiyası ilə əlaqədar 21 günlük xüsusi karantin rejimi elan olunub. Hindistanın dəmir yolu qurumu COVID-19 xəstələrinin yerləşdirilməsi üçün 5 min vaqonu modul xəstəxanaya çevirir. Bu vaqonlara 80 min xəstə yerləşdirmək mümkün olacaq.