XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

10 Aprel 2020 - 18:35

Nyu York yoluxmalara görə Avropanı geridə qoydu – Qubernator Tramp hökumətini ittiham edir

Koronavirus yoluxmalarına görə Nyu York ştatı ABŞ-dan kənar ölkələri geridə qoyub.

Aprelin 9-da ştatda virusa yoluxanların 159 min 937 nəfər olduğu bildirilib. Müqayisə üçün, İspaniyada 152 min, İtaliyada isə 142 min yoluxan var. Pandemiyanın ilk olaraq başladığı Çində isə 83 minə yaxın yoluxma olduğu barədə məlumat verilir.

Ümumilikdə Birləşmiş Ştatlarda 469 min 450 nəfər koronavirusa yoluxub və bu, dünyada ümumi yoluxmaların üçdə birini təşkil edir. Cümə axşamı Nyu Yorkda 7 min ölüm halı qeydə alınıb.

Tələsməmək xəbərdarlığı

Ştatın qubernatoru Andrey Kuomo deyib ki, son günlər 200 yeni xəstənin xəstəxanaya yerləşdirilməsi “bu qarabasma başlanandan ən aşağı rəqəmdir”. Ötən həftə günə qədər mindən çox xəstə qəbul olunurdu. İntensiv terapiya şöbələrinə xəstə qəbulu da azalıb, bu şöbələrə 18 min 200-dən çox xəstə yerləşdirilib.

Ştatdakı ölüm hallarından üçdə ikisi Nyu York şəhərinin payına düşür, hətta real ölü sayının düzgün hesablanmaması sarıdan da narahatlıq var. Evlərindəölən Nyu yorkluların sayında kəskin artım da koronavirusla əlaqələndirilir. Şəhər rəsmiləri koronavirus testindən keçməyərək həyatını itirənləri də rəsmi ölü sayına daxil edəcəyini bildirib.

Ölü sayının azalmasını göstərən proqnozlara baxmayaraq, səhiyyə rəsmiləri xəbərdarlıq edirlər ki, amerikalılar “sosial məsafə” qaydalarını yüngülləşdirsələr, infeksiyaların ikinci dalğası başlanar.

“Ən vacibi odur ki, ilkin ümid işartılarına baxmayaraq, adamlar 30 günlük karantindən çıxmağa tələsməsinlər”, – Ağ evin koronavirus üzrə işçi qrupunun koordinatoru Deborah Birks deyib.

“Adamlar küçələrəçıxıb yenidən sosial təmasa başlasalar, kəskin ikinci dalğanı görə bilərik”,– o, sözlərinə əlavə edib.

Qubernator narazıdır

“CNBC” isə yazır ki, qubernator Andrey Kuomo federal hökumətin koronovirus böhranını idarə etməsindən gileylənib.

“Federal məsuliyyət və hərəkətdən əminəmmi? Elə də əmin deyiləm”, – Kuomo gündəlik brifinqdə deyib.

Kuomo bundan qabaq deyirdi ki, federal hökumətin 2 trilyon dollarlıq iqtisadi xilas planı onun ştatına düşündüyündən də az fayda verəcək.

Qubernator Nyu Yorkdakı iqtisadi və humanitar böhranı 2001-ci ilin 11 sentyabr terroruyla müqayisə edib. O zaman Dünya Ticarət Mərkəzinin qoşa qüllələrinə hücum nəticəsində 3 minədək insan həlak olub.

“9/11 terroru dağıdıcı idi, faciəvi idi, indi isə bir çox Nyu Yorklunu bu sakit qatil aparır”, – Kuomo söyləyib.

Demokrat qubernator Prezdent Donald Tramp və digər federal rəsmilərlə sıx əməkdaşlıq edir. Onun böhran vaxtı prezidentlə münasibətləri əsasən yaxşıdır. Tramp deyirdi ki, qubernatorların onun cəhdlərini dəyərləndirməsini istəyir.

Kuomo deyir ki, 2 trilyonluq paketdən onun ştatına cəmi-cümlətanı 1,3 milyard dollar ayrılıb. Nyu York 5-6 milyard dollar alacağını gözləyirdi. Kuomo hətta həmin vəsaiti qeyri-adekvat adlandırmışdı.

Qubernatorun sözlərinə görə, səhiyyə sisteminə 6 milyard dollarlıq yardım gözlədikləri halda, 1,3 milyard dollar ayrıldığını görüblər.

“Bu yardım New York Medicaid proqramı üzvlərinin üçdə birini kənarda qoymuş oldu”, – o vurğulayıb.“Federal hökumətin məsuliyyətli davranaraq köməyi dəyən qanunvericilik qəbul etməsini istəyirik”,– qubernator sözlərinə əlavə edib. CNBC Ağ Evdən Kuomonun dediklərinəşərh ala bilməyib. (azadliq.org)