XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

10 Aprel 2020 - 19:36

G20 enerji nazirlərinin fövqəladə görüşü neft bazarlarında sabitliyi bərpa edə bilər – IEA

Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol, cümə günü G20 ölkələri toplantısının neft bazarlarında sabitliyi bərpa edəcəyinə ümid edir, çünki neft qiymətləri koronavirus böhranı və neft istehsal edən dövlətlər arasındakı qiymət müharibələri nəticəsində ağır zərbələrə məruz qalıb.

Bu barədə “Vesti.Ru” xəbər verir.

“Bəzi (neft – red.) istehsal edən ölkələr xoş addımlar atdıqdan sonra G20 enerji nazirlərinin bugünkü fövqəladə görüşünü səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, bu, neft bazarlarında zəruri olan sabitliyi bərpa etməyə kömək edəcək”, – F. Birol qeyd edib.

Qeyd edək ki, dünən OPEC-in üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında 11 saata yaxın davam edən müzakirələrin yekununda yeni ”Əməkdaşlıq Bəyannaməsi” Meksikanın təklif olunan həcmlərlə razılaşacağı şərti ilə qəbul edilib.

“Əməkdaşlıq Bəyannaməsi” qüvvəyə minəcəyi təqdirdə, “OPEC plus” ölkələri may-iyun aylarında gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 10 mln. barrel həcmində azaldacaqlar. Bu mərhələdə hasilat öhdəlikləri OPEC ölkələri üçün sutkada 6,085 mln. barrel, qeyri-OPEC ölkələri üçün isə 3,915 mln. barel müəyyən edilib. Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxildir. Budəfəki öhdəliklərdə kondensat həcmləri nəzərə alınmayıb.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır. (apa)