XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

10 Aprel 2020 - 21:45

Ərdoğan Britaniyanın Baş Nazirinə məktub yazıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş Naziri Boris Consona məktub göndərib.

Türkiyənin “Hürriyyət” qəzetinin verdiyi xəbərə görə, R.T.Ərdoğan məktubunda B.Consona yeni növ koronavirus infeksiyasına yoluxduqdan sonra müalicəsinin uğurla başa çatmasından məmnunluğunu ifadə edib, daha da sağlam olmasını diləyib: “Diqqətinizə çatdırmaq istərdim ki, dünyada yaşanan bu ağır günləri tərk etdikdən sonra, vəzifəyə başladığınız gündən bəri davam etdirdiyiniz səmimi və intensiv əlaqələrimizi təqdir edərək, “Brexit”dən sonrakı dövrdə ikitərəfli əməkdaşlığımızı daha da gücləndirmək məqsədilə Sizi atalarınızın vətəni olan ölkəmizdə qarşılamaq istərdik”.

Avropa ölkələri arasında Britaniyanın da COVID-19 virusunun güclü təsirinə məruz qalmasından təəssüfləndiyini yazan Türkiyə Prezidenti bu pandemiya nəticəsində dünyasını dəyişən ölkə vətəndaşlarına görə başsağlığını bildirib, bu xəstəlikdən müalicə olunanlara isə şəfa arzulayıb: “Beynəlxalq Səhiyyə Sistemində (NHS) fəaliyyət göstərənlər də başda olmaqla, bu istiqamətdə dəstək verən hər kəsə uğurlar arzulayıram”.

Qeyd edək ki, bu gün tibbi ləvazimatlarla dolu Türkiyə Hava Yollarına aid təyyarə Londonda hava limanına eniş edib. (apa)