XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

10 Aprel 2020 - 23:59

Tramp ABŞ-da koronavirusdan öləcək insanların sayını açıqladı

ABŞ hakimiyyəti ölkədə koronavirus qurbanlarının sayı ilə bağlı öz hesablamalarına düzəliş edib. Birləşmiş Ştatlar administrasiyası hesab edir ki, koronavirusa yoluxmuş azı 100 min amerikalı öləcək.

TASS xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp keçirdiyi brifinqdə bildirib.

“Əvvəl deyirdilər ki, əgər heç bir tədbir görülməsə, 100 mindən 225 min nəfərə (minimal itki sayı -red) və 2,2 milyona qədər olacaq”, – o deyib. “Baxarıq, nəticə nə olacaq, amma indi görünür, 100 mindən (ölənlərin sayı-red) çox olacaq”, – ABŞ prezidenti əlavə edib.

Qeyd edək ki, ABŞ-da 473 mindən çox insan koronavirusa yoluxub, 17 836 nəfər pandemiyanın qurbanı olub.

Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma hallarının sayı üzrə liderdir və pandemiya qurbanlarının sayına görə İtaliyaya yaxınlaşır. Qeyd edək ki, İtaliyada 18 mindən çox insan koronavirusun qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 652 000-i ötüb. Bunların 369 927 nəfəri sağalıb, 100 371 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)