XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

11 Aprel 2020 - 00:05

ABŞ humanitar yardıma icazəsi verib –İran üçün

Cənubi Koreya xüsusi lisenziya proqramı çərçivəsində İrana humanitar ixracı yenidən başlamaq üçün ABŞ-ın razılığını alıb.

Strateq.az “Yonhapnews”-a istinadla xəbər verir ki, bu brədə Koreya XİN-i açıqlama verib.

İrana tədarük gələn ay başlayacaq.

Bazar ertəsi günü rəsmi Seul ABŞ hökumətindən 8 nömrəli Baş Lisenziya alıb. İranın Mərkəzi Bankı ABŞ-ın sanksiyalarına məruz qalsa da, bu sənəd İranla bəzi humanitar əməliyyatlara icazə vermə mexanizmini nəzərdə tutur. Lakin dərman, tibbi avadanlıqlar və digər humanitar məhsullar ixrac etmək üçün şirkətlər və əlaqəli maliyyə qurumlar “ciddi hüquqi araşdırmadan” keçməlidir.

Cənubi Koreya şirkətləri və bankları bu araşdırma üçün lazım olan sənədləri hazırlamalıdır.

Lisenziya proqramından başqa, Cənubi Koreya ABŞ-ın sanksiyalarından azad bir İran bankından – Yaxın Şərq Bankından istifadə edərək, İslam Respublikası ilə humanitar əməliyyatları asanlaşdırmaq üçün Koreyanın Humanitar Ticarət Razılaşmasına (KHTA) da güvənir.

Koreya, eyni zamanda, İsveçrə şirkətlərinin İrana qida və dərman satışını asanlaşdırmaq üçün hazırlanan ödəmə üsulu – İsveçrə Humanitar Ticarət Sövdələşməsindən də istifadə yollarını araşdırır.