XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

11 Aprel 2020 - 11:53

“Bloomberg”:"Rusiya iqtisadiyyatın dəstəklənməsinə daha 1 trilyon rubl ayıracaq"

Rusiya hökuməti koronavirus (COVID-19) infeksiyası ilə bağlı iqtisadiyyata dəstək üçün yeni paket hazırlayır.

“Report” bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hökumət iqtisadiyyatın dəstəklənməsinə daha 1 trilyon rubl (təxminən 13,6 milyard ABŞ dolları) vəsait ayıracaq. Amma hələ ki bununla bağlı son qərar qəbul edilməyib və müzakirələr gedir.

Ayrılacaq vəsaitin bir hissəsinin özünütəcridlə bağlı uzun müddət işsiz qalaraq evdən çıxmayan vətəndaşların əməkhaqlarının subsidiyalaşdırılmasına yönəldiləcəyi bildirilir. O da məlumdur ki, Rusiya bu vəsaiti Milli Rifah Fondundan deyil, kredit şəklində almağı planlaşdırır.