XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

11 Aprel 2020 - 13:02

İsraildə koronaviruslu xəstələrin sayı 10 505-ə çatıb

İsraildə COVID-19 diaqnozu qoyulmuş şəxslərin sayı 10 505 nəfərə çatıb.  

APA-nın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, gün ərzində ölən olmayıb. İndiyədək İsraildə 95 nəfər koronavirusun qurbanı olub, 1236 nəfər sağalıb.  

Müalicə olunanlardan 191-nin vəziyyəti ağırdır.

Sabah İsraildə ictimai nəqliyyatın işi bərpa olunacaq. İctimai nəqliyyatın fəaliyyəti aprelin 7-də dayandırılmışdı.