XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

11 Aprel 2020 - 17:14

İranda koronavirus:yoluxanların sayı 70 mini keçdi

İranda 19 fevraldan indiyədək 70 029 nəfər yeni koronavirusa (COVID19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verir.

K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində daha 1 837 nəfər bu virusa yoluxub.

Nazirlik rəsmisi deyib ki, ötən 24 saat ərzində daha 125 nəfər virusdan həyatını itirib. Beləliklə, İranda bu virusdan ölənlərin sayı 4 357 nəfərə yüksəlib. İndiyədək 41 947 nəfər sağalaraq evə buraxılıb.

Cahanpur 3 987 nəfərin vəziyyətinin ağır qiymətləndirildiyini deyib.

İranda indiyədək koronavirus diaqnozu ilə əlaqədar 251 mindən çox test aparılıb.