XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

11 Aprel 2020 - 19:34

“Qələbə paradı mütləq keçiriləcək”- Kreml

Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü münasibətilə parad və bayram şənlikləri mütləq keçiriləcək.

Bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. O deyib ki, Qələbə paradının, “Ölümsüz alay” aksiyasının başqa vaxta keçirilməsi barədə hələlik heç bir qərar qəbul edilməyib. Qəti qərarın koronavirusla bağlı vəziyyət nəzərə alınmaqla qəbul ediləcəyini diqqətə çatdıran D.Peskovun sözlərinə görə, hazırda müxtəlif variantlar nəzərdən keçirilir.

Tədbirlərin mayın 9-da və ya başqa vaxta keçiriləcəyi barədə dəqiq məlumatın olmadığını qeyd edən Kremlin mətbuat katibi vurğulayıb ki, Qələbə paradının və Qələbə Günü münasibətilə şənliklərin keçiriləcəyinə heç kimin şübhəsi olmasın(azərtac).