XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Aprel 2020 - 00:13

Almaniyada 2678 nəfər koronavirusdan ölüb –Yoluxanların ümumi sayı isə 121324 nəfərə çatıb

Almaniyada 2 678 nəfər koronavirusun qurbanı olub.

Bu barədə “Report” DPA agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 121 324 təşkil edir.

Son bir gün ərzində daha 4 717 nəfərin (4% artım) koronavirusa yoluxduğu aşkarlanıb, 207 nəfər ölüb.

Almaniyada epidemiyanın başlanğıcından ümumilikdə 57 400 xəstə sağalıb. Ölkədə infeksiyadan ölüm faizi nisbətən aşağıdır – təxminən 2%.

Bavariya əvvəlki kimi koronavirusun yayılmasının episentridir. Burada 31 770-dən çox insan COVID-19 infeksiyasına yoluxub və azı 760 nəfər ölüb.