XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

12 Aprel 2020 - 15:31

Avstriya hökuməti vətəndaşlarını ABŞ-ı tərk etməyə çağırıb

Avstriyanın Federal Xarici İşlər Nazirliyi səyahət xəbərdarlığı edilən ölkələr siyahısını genişləndirib. Nazir Aleksander Şallenberq Avstriya Teleradiosuna (ORF) verdiyi müsahibədə bildirib ki, hazırkı yoluxma artımı halları nəzərə alınaraq ölkə vətəndaşlarına ABŞ və Türkiyəyə səfər etməmək tövsiyə olunur.

Azərtac xəbər verir ki, Avstriya tarixində ilk dəfə olaraq hər iki sadalanan ölkə ilə bağlı səyahət xəbərdarlığı elan edib. Bununla da koronavirus pandemiyası ilə əlaqədar səyahət xəbərdarlığı edilən ölkələrin sayı 26-ya çatıb.

Xarici siyasət idarəsinin rəhbəri ABŞ-da olan avstriyalı turistləri dərhal ABŞ-ı tərk etməyə və hələ də Avropaya mövcud olan aviareyslərdən yararlanmağa çağırıb. Hazırda “Lufthansa”, “United”, “Swiss”, “Delta” və “KLM” avişirkətlərinin ABŞ-dan Avropadakı müxtəlif istiqamətlərə reyslər həyata keçirdiyini diqqətə çatdıran nazir vətəndaşları tələsməyə çağırıb. O qeyd edib ki, bu səfər imkanlarının nə vaxta qədər mümkün olacağını ehtimal etmək mümkün deyil və vəziyyəti nəzərə alaraq tələsmək lazımdır.

Türkiyə ilə kommersiya əsaslı aviareyslərin artıq dayandırıldığını nəzərə çatdıran nazir vətənə dönmək istəyən avstriyalılara Ankarada səfirliklə əlaqə saxlamağı tövsiyə edib. Nazir, həmçinin yaxın günlərdə əlavə ölkələrlə də bağlı səyahət xəbərdarlığı elan olunacağını istisna etməyib.