XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

12 Aprel 2020 - 16:55

Çində COVID-19 xəstələrinin müalicəsi neçəyə başa gəlir?- Rəqəmlər

Çində COVID-19 xəstəliyinə tutulan bir pasiyentin müalicəsi orta hesabla 21,5 min yuana (3 min dollardan çox), ağır koronavirus xəstəsinin müalicəsi 150 min yuana (21,3 min dollardan çox), bəzi hallarda bir neçə yüz min və hətta bir milyon yuana başa gəlir.

Azərtac ÇXR mətbuatına istinadla xəbər verir ki, bu rəqəmləri Çinin Tibbi Təminat İdarəsinin tibbi xidmətlərin idarəsi məsələləri üzrə departamentinin rəhbəri Cyun Syanszyun açıqlayıb.

Onun sözlərinə görə, aprelin 6-dək ölkənin bütün regionlarında yoluxma şübhəsi və təsdiqlənmiş diaqnozlu pasiyentlərin müayinə və müalicələrinin ümumi xərcləri 1,48 milyard yuan (211 milyon dollar) təşkil edib. Cyun Syanszyun, eyni zamanda, 990 milyon yuan həcmində xərcləri, yəni ümumi xərclərin 66,6 faizini tibbi sığortanın öz üzərinə götürəcəyini də qeyd edib.