XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

12 Aprel 2020 - 18:02

Ukraynada koronavirus:2777 nəfər yoluxub, 83-ü ölüb

Ukraynada son sutkada 266 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə koronavirusa tutulanların sayı 2777 nəfərə çatıb ki, onların 170-ə yaxını uşaqdır. Ən çox yoluxma halı Kiyevdə qeydə alınıb – 400-dən artıq.

Azərtac ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada 10 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 83 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. 89 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.

Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.