XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

12 Aprel 2020 - 20:14

“Özünütəcrid rejiminə tam riayət edilsə, yaya qədər bir-birimizin əlini sıxa biləcəyik”- Baş Nazirin müavini

Rusiyada 9 may – Qələbə Gününə qədər koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırılmayacaq.

Bu sözləri Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova “Rossiya-1” kanalına müsahibəsində deyib. O bildirib ki, hamı belə bir böyük bayram ərəfəsində məhdudiyyətlərin götürülməsini istərdi, lakin mayın 9-dək vəziyyətin tamamilə düzələcəyinə ümid azdır.

Baş Nazirin müavini vətəndaşların özünütəcrid rejiminə tam riayət edəcəyi təqdirdə Rusiyada məhdudiyyət tədbirlərinin yaya kimi aradan qaldırılacağını istisna etməyib: “Bu halda biz vəziyyətdən çıxa və yaya qədər bir-birimizin əlini sıxa biləcəyik”(azərtac).