XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Aprel 2020 - 20:34

Kreml:OPEC+ razılaşması bazarda xaosun qarşısını aldı

“Rusiya hökuməti OPEC+ formatı çərçivəsində hasilatı azaltmaqla bağlı əldə edilən razılaşmanın neft bazarında sabitliyə yol açdığı qənaətindədir və bunu müsbət dəyərləndirir”.

“Banki.ru” xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Onun sözlərinə görə, həmin razılaşma iştirakçı ölkələrin neft bazarındakı sabitlik naminə qarşılıqlı anlaşma və güzəştə getmə bacardıqlarına dəlalət edir.

Xatırladaq ki, bazar günü OPEC+ formatının iştirakçı ölkələri hasilatın 2018-ci ilin oktyabr ayı səviyyəsinə nisbətən cari ilin may – iyun ayları üçün 23% (9,7 milyon barel), ilin sonunadək 18% (7,7 milyon barel), 2022-ci ilin 30 aprel tarixinədək 14% (6 milyon barel) azaltmaq barədə razılığa gəliblər. Səudiyyə Ərəbistanı və Rusiya hasilatı azaltmağı 11 milyon barel səviyyəsindən hesablayacaqlar. Həmçinin hasilatı cəmi 100 min barel/gün azaldacaq Meksikaya düşən kvotanın qalan hissəsini ABŞ qarşılayacaq. (report)