XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Aprel 2020 - 18:02

Trampın dostu koronavirusdan ölüb – CNN

ABŞ-ın iri biznesmenlərindən biri, daşınmaz əmlak sahəsində çalışan “Crown Acquisitions” şirkətinin sahibi və Prezident Donald Trampın dostu Stenli Çera koronavirusdan ölüb.

Bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.

Çera Respublikaçılar Partiyasının tərəfdarı olub və 2016-2019-cu illərdə Trampın seçki fondlarına 400 min dollardan artıq ianə edib.

Tramp son həftələrdə koronavirusla mübarizədə gecikmiş tədbirlər gördüyünə görə Demokratlar Partiyasının tənqidləri ilə üzləşib.

Qeyd edək ki, son məlumatlara görə, ABŞ-da koronavirusa 556 min nəfər yoluxub, 22 mindən artıq insan vəfat edib. Daha ağır vəziyyət S. Çeranın da sakini olduğu Nyu-York ştatındadır. (apa)