XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

13 Aprel 2020 - 20:41

Rusiya və İran XİN başçıları telefonla danışıb –Beynəlxalq gündəm müzakirə olunub

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

İran tərəfinin xahişi əsasında baş tutan telefon danışığı zamanı Əfqanıstandakı vəziyyət daxil olmaqla, beynəlxalq gündəmdə olan aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.

Nazirlər BMT-nin sonuncu təklifləri fonunda Yəmən münaqişəsinin nizamlanması ilə bağlı səylərin aktivləşdirilməsi perspektivlərinə toxunublar.

Telefon danışığı zamanı nazirlər koronavirus infeksiyası ilə mübarizədə çoxtətərfli koordinasiyaya, qanunsuz birtərəfli sanksiyalara və məhdudlaşdırılmalara xüsusi diqqət yetiriblər. (apa)