XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

13 Aprel 2020 - 22:05

Britaniyada koronavirus: pandemiya qurbanlarının sayı 11 mini ötdü

Böyük Britaniyada son 24 saatda daha 717 nəfər koronavirusdan ölüb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 11 329-a çatıb.

Məlumatda həmçinin daha 4 342 nəfərdə koronavirus aşkarlanıb və bununla da krallıqda infeksiya daşıyıcılarının sayı 88 621-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 872 000-i ötüb. Bunların 434 778 nəfəri sağalıb, 116 027 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)