XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

13 Aprel 2020 - 21:03

ABŞ-da koronavirus:ölənlərin sayı 22 000-i keçdi

ABŞ-da son 24 saatda daha 1 518 nəfər koronavirusdan ölüb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 22 116-ya çatıb.

Bildirilib ki, ştatlarda daha 27 607 nəfərə koronavirus diaqnozu qoyulub və infeksiya daşıyıcılarının sayı 557 663-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 872 000-i ötüb. Bunların 434 778 nəfəri sağalıb, 116 027 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)