XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

13 Aprel 2020 - 22:37

“OPEC+ ölkələri neft hasilatını 20 milyon barelədək azalda bilər” – Donald Tramp

ABŞ Prezidenti Donald Tramp “OPEC+” ölkələrinin gündəlik neft hasilatını 20 mln. barelə qədər azalda biləcəyini deyib.

Bu barədə “Twitter”də bildirib.

“Müzakirələrdə iştirakıma əsasən deyə bilərəm ki, “OPEC+” azaltmaq istədiyi rəqəm xəbər verildiyi kimi, 10 mln. barel deyil, 20 mln. bareldir. Buna yaxın bir şey baş verərsə və dünya COVID-19 fəlakətindən sonra yenidən işə geri dönərsə, enerji sənayesi indi gözləniləndən daha sürətli, daha güclü olacaq. Bu böyük işi yoluna salarkən mənimlə birlikdə işləyənlərin hamısına, xüsusən Rusiya və Səudiyyə Ərəbistanına təşəkkür edirəm”, – Donald Tramp qeyd edib. (apa)