XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Aprel 2020 - 21:55

Niderlandda 400 milyon gül məhv edilib- Koronavirusa görə

Niderlandda koronavirus pandemiyası səbəbiylə 400 milyon gül məhv edilib.

Strateq.az xəbər verir ki, şirkətlər bunu güllərə tələbatın olmaması ilə izah ediblər.

“New York Times” yazır ki, məhv edilmiş güllərin arasında 140 milyon zambaq da olub.

Gül satışı ilə məşğul olan şirkətlərin dediyinə görə, hər il bu aylar satışın ən qızğın vaxtları olurdu.

Eyni zamanda dünyaca məşhur Niderland zambaqlarını görmək üçün hər il ölkəyə xeyli sayda turist gəlirdi. Bu il turistlərin olmaması ölkəni onmilyonlarla dollarlıq gəlirdən məhrum edib.

Strateq.az