XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Mart 2016 - 11:44

Şarapova etiraf etdi:"Dopinqdən istifadə etmişəm"

shar700

Rusiyanın məşhur tennisçisi Mariya Şarapovanın qanında istifadəsi qadağan olunmuş preparat – dopinq aşkarlanıb. 

Strateq.az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında idmançının özü də etiraf edib: "Beynəlxalq Tennis Federasiyasından məktub gəlib. Məktubda bildirilir ki, dopinq-test müsbət nəticə verib. Son 10 ildə "Mildronad" preparatından istifadə etmişəm. Tez-tez xəstələnirdim. Məndə diabet əlamətləri vardı və maqnezium azlığından əziyyət çəkirdim. Bu, həkimlərin mənə yazdığı çoxsaylı dərmanlardan biri olub".  

Bununla belə Şarapova karyerasına son vermək istəmədiyini deyib: "Bu, məsuliyyət və peşəkarlıq məsələsidi. Mən səhvə yol verdim. Amma karyeramın bu cür bitməsini istəmirəm. Ümid edirəm ki, oynamağa hələ şansım olacaq".

Qeyd edək ki, məlum preparatdan istifadəyə görə Şarapova 4 il müddətinə yarışlardan uzaqlaşdırıla bilər.